"Ronaldonu "Mançester Yunayted"ə transfer etmək səhv olub"
"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer hücumçu Kriştiano Ronaldonun 2021-ci ildə kluba transferi haqda danışıb.
Sportline.az həmin açıqlamaları təqdim edir:
“İmtina etmək çox çətin bir qərar idi və mən bunu etməli olduğumuzu hiss etdim, amma səhv olduğu ortaya çıxdı. Müqaviləni imzalayanda bu transfer düzgün görünürdü, azarkeşlər də bunu "Old Trafford"da "Nyukasl" ilə matçda hiss etdilər (Ronaldo dubl etdi, Mançester Yunayted 4:1 qazandı). Komanda uğur qazana bilməyəndə bəzi oyunçular üçün eqo ön plana çıxdı".