Ronaldonun şərəfinə forma hazırlandı
"Sportinq" 2023/24 mövsümü üçün komandanın ehtiyat formasının fotosunu dərc edib.
Sportline.az xəbər verir ki, forma Portuqaliya klubunun yetirməsi olan Kriştiano Ronaldonun debütünün 20 illiyinə həsr olunub.
Forma hücumçunun komandada oynadığı formanın dizaynını xatırladır və onun baş hərfləri və Ronaldonun karyerasının böyük hissəsində oynadığı nömrə (CR7) sinə üzərində yazılıb.
Ronaldo 2002-ci ildə "Sportinq"də debüt edib. Bundan sonra hücumçu "Mançester Yunayted", "Real Madrid" və "Yuventus"da çıxış edib. 38 yaşlı portuqaliyalı yanvar ayından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.