Ronaldoya İranda xalça hədiyyə etdilər

“Persepolis”in nümayəndələri “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldoya fars xalçası hədiyyə ediblər.

Sportline.az xəbər verir ki, İran klubu Asiya Çempionlar Liqasının oyununa komandası ilə birlikdə uçan 38 yaşlı portuqaliyalıya isti münasibət göstərib.

Asiya Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Persepolis” – “Əl-Nəsr” matçı çərşənbə axşamı, sentyabrın 19-da Tehranda keçiriləcək.

“Əl-Nəsr” və “Persepolis” Qətərin “Əl-Duhail” və Tacikistanın “İstiklol” klubları ilə birlikdə E qrupunda yer alıb.