Ronaldu Messiyə söz atdı
"Ərəbistan Liqası MLS-dən daha yaxşıdır. Mən Səudiyyə Ərəbistanına yol açdım. İndi bura gələnlərin sayı artmaqdadır. Hələ burada daha yaxşı futbolçular da olacaq. Bir ildən sonra Səudiyyə Ərərbistanı liqası Türkiyə və Niderland çempionatlarını üstələyəcək".
Sportline.az xəbər verir ki, bunu "Diario AS"a müsahibəsində Kriştianu Ronaldu deyib.
O, "Lionel Messi ilə yenidən üz-üzə gəlmək üçün MLS-ə yollanmaq istəyərdinizmi" sualını belə cavablandırıb.
Qeyd edək ki, Ronaldu ötən mövsüm ilinə 200 milyon avro müqabilində "Əl-Nəsr"ə transfer olunub.