Ronaldu milli ilə bağlı fikrini açıqlayıb
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu milli komandada çıxışını davam etdirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, o, "Record"a müsahibəsində fikrini belə izah edib: "Hər il nəyi isə sübut etməyə çalışıram. 38 yaşda futbolda uzunömürlülüyün mümkünlüyünü isbatlayıram. Hələ də vurduğum qollarla, məhsuldar ötürmələrlə komandamın uğurlarında pay sahibi ola bilərəm. Təsnifat mərhələsini uğurla başa vurub Avropa çempionatında çıxış etmək arzusundayam".
Qeyd edək ki, Ronaldu millinin heyətində meydana çıxdığı oyunlarda 122 qola imza atıb.