Ronaldudan növbəti qalmaqal

"Əl-Nəsr"in kapitanı Kriştianu Ronaldu daha bir qalmaqalla gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasında "Şabab Əl-Əhli" klubu ilə oyundan sonra hakimin üstünə qışqırıb.

Ronaldu hakimin idarəçiliyindən narazı qaldığını bildirib. Onun fikrincə, hakim rəqib qapısına haqlı penaltini təyin etməyib. 

Bu azmış kimi, Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşi də itələyib.

Qeyd edək ki, Kriştianunun məhsuldar ötürmə ilə fərqləndiyi oyun 4:2 hesabı ilə "Əl-Nəsr"in xeyrinə başa çatıb.