Roşa: "Bu klub üçün canımı verirəm"
Rusiyanın ÇSKA klubunun müdafiəçisi Villian Roşa komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Sportline.az "Sport24"ə istinadla xəbər verir ki, futbolçu Moskva klubundan ayrılmağı düşünmədiyini deyib.
"Heç vaxt yox! ÇSKA-da çox xoşbəxtəm, yaxşı oynayıram və bu klub üçün canımı verirəm! Mən burada olmaqdan və oynamaqdan məmnunam" - deyə Roşa bildirib.
Braziliyalı futbolçu ordu komandasında 46 oyunda oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.