RPL-də 22-ci turun oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Rusiya Premyer Liqasında matçlar 1 dəqiqəlik sükutla başlayacaq.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Rusiya Premyer Liqasının 22-ci turuna hazırlıq yarış iştirakçıları və tamaşaçılar üçün gücləndirilmiş təhlükəsiz tədbirləri alaraq aparılır.
Xəbərdə bildirilik ki, Rusiya Premyer Liqası hüquq mühafizə orqanları və icra hakimiyyətləri ilə əlaqədədədir.
Qeyd edək ki, 22-ci turun bütün oyunları Krokus faciəsində həlak olmuş insanların xatirəsinə 1 dəqiqəlik sükutla başlayacaq.