Ruben Neveş "Mançester Yunayted" yolunda

"Mançester Yunayted" "Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveşi heyətinə qatmaqda israrlıdır.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu bu keçid üçün qarşı tərəfdən 23 milyon avro tələb edir.

28 yaşlı futbolçunun xəyalı "Mançester Yunayted"də oynamaqdır. Bu səbəbdən menecerinə bu barədə məlumat verib.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü cari mövsüm meydana çıxdığı 21 matçda 8 qol, 4 asistlə yadda qalıb.