Rudiger Çempionlar Liqasını qazanmaq istəyir
"Real Madrid"in müdafiəçisi Antonio Rudiger növbəti mövsüm üçün əsas hədəfindən danışıb.
Sportline.az xəbər verir ki, futbolçu məqsədinin "Real Madrid"lə Çempionlar Liqasını qazanmaq olduğunu bildirib.
"Çelsi"nin tərkibində 2021-ci ildə futbolçu artıq Çempionlar Liqasının qalibi olub. Yarımfinal mərhələsində "mavilər" "Real Madrid"i keçiblər.
Rudiger 2022-ci ilin yayından "Real Madrid"də çıxış edir.