Rudiger Haalanddan danışıb
"Real Madrid"in müdafiəçisi Antonio Rudiger ötən mövsüm Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Mançester Siti"nin hücumçusu Erlin Haalandı necə bağladığını açıqlayıb.
Sportline.az xəbər verir ki, futbolçu 90 dəqiqənin hamısını oynayıb, norveçliyə qol vurmağa imkan verməyib.
“Mən Haalandı necə dayandırdım? Matçdan əvvəl mətbuat konfransında məndən bunu necə edəcəyimi soruşdular. Ətrafda çoxlu şübhələr var idi, amma bu atmosferi bəyəndim. İnsanlar məndən şübhələnəndə daha çox parlayıram" - deyə Rüdiger bildirib.
Daha əvvəl Rudiger 2023/24 mövsümündə Çempionlar Liqasını qazanmaq istədiyini açıqlamışdı.