Rumıniyanın baş məşqçisi Yordenesku: AVRO 2024-dən gələcəyə ümidlə ayrılırıq

1/8 final mərhələsində Niderlanda məğlub olaraq mübarizəni dayandıran Rumıniya millisinin baş məşqçisi Yordenesku mətbuata açıqlamalar verib.

Sportline.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 46 yaşlı mütəxəssis müsahibəsində bu fikirləri səsləndirib.

"Düşünürəm ki, biz daha böyük rəsmə baxmalıyıq. Qrupda birinci yeri tutduq. Bəli, bu gün gözəl hekayəmiz bitdi, amma biz turnirdən alovlu gözlərlə, gələcəyə inamla ayrılırıq. Futbolçularımı təbrik etmək istəyirəm. Onlar əla iş gördülər" deyə baş məşqçi bildirib.

Xatırladaq ki, AVRO 2024-ün 1/8 final mərhələsinin Rumıniya - Hollandiya oyunu bir gün Münxendəki "Allianz Arena"da baş tutub. Qarşılaşmada hesabı 20-ci dəqiqədə "narıncıların" hücumçusu Kodi Qakpo açıb. 83-cü dəqiqədə Donyell Malen hesab fərqini artırıb. 90+3-cü dəqiqədə Malen dubla imza atıb. Nəticədə görüş Hollandiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.