Runi komandası ilə vidalaşdı

ABŞ-ın “Di Si Yunayted” klubu baş məşqçisi Ueyn Runi ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Vaşinqton klubu 37 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını açıqlayıb.

Qeyd edək ki, Ueyn Runi ötən ilin yayında "Di Si Yunayted"ə baş məşqçi təyin olunmuşdu.