Rusiya Afrika ölkələri ilə qarşılaşa bilər

Rusiya millisi bir sıra Afrika komandaları ilə matçlar keçirə bilər.

Sportline.az xəbər verir ki, Seneqal , Misir , Nigeriya, Mali və Konqo gələcəkdə Valeri Karpinin komandasına rəqib ola bilər.

İyulun 27-də Sankt-Peterburqda başlayacaq Rusiya-Afrika sammitində bu ölkələrin nümayəndələri ilə danışıqlar gözlənilir.

Payızda Rusiya millisinin Qətərlə görüşü gözlənilir - bu, sentyabrın 12-də baş verməlidir.