Rusiya bu komanda ilə yoldaşlıq oyunu keçirə bilər

Mali millisinin mətbuat xidməti milli komandalar arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı Rusiya Futbol Federasiyasından müraciət aldıqlarını bildirib.

Sportline.az xəbər verir ki, Afrika komandasının mətbuat xidməti təklifi nəzərdən keçirdiklərini və Rusiyaya hələ cavab vermədiklərini söyləyib.

Mali millisi FIFA reytinqində 51-ci yerdədir.

Bundan əvvəl sentyabrın 12-də Rusiya yığmasının Qətərlə qarşılaşacağı bildirilirdi.