Rusiya Futbol İttifaqı millinin baş məşqçisi ilə yeni müqavilə imzalayacaq

Məşqçinin hazırki müqaviləsi 2024-cü ilin avqustu başa çatacaq.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, Rusiya Futbol İttifaqı yeni müqavilə imzalamaq üçün millinin baş məşqçisi Valeri Karpinlə danışıqlara başlayıb.

Mənbənin sözlərinə görə, RFİ mütəxəssisə 2 illik yeni müqavilə təklif edəcək.Karpin özü də milli komandada fəaliyyətini davam etdirmək niyətindədir.Valeri Karpin Rusiya millisinə 2021-ci ilin iyul ayı baş məşqçi təyin olunub.Mütəxəssis həm də “Rostov” klubuna rəhbərlik edir.

Qeyd edək ki, Rusiya seçməsinin 2022-ci ildən UEFA və FİFA-nın təşkil etdiyi turnirlərdə iştirakəna qadağa qoyulub.Milli yalnız yoldaşlıq oyunları keçirə bilər.