Rusiya futbolu üçün üzücü xəbər
Rusiya klubları və milli komandaları beynəlxalq arenaya buraxılmayacaq.
Sportline.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin açıqlayıb.
O bildirib ki, Ukrayna ilə müharibə başa çatana qədər Rusiya komandaları qitəmiqyaslı turnirlərə qatılmayacaqlar.
Qeyd edək ki, ötən il fevralın 28-də UEFA və FİFA Rusiya klublarını və milli komandalarını onların himayəsi altında beynəlxalq turnirlərdən kənarlaşdırıb.