Rusiya klublarından bu transfer üçün imtina

“Verona”nın müdafiəçisi Koray Günter bir sıra Rusiya komandalarına təklif edilsə də, futbolçu ilə heç kim maraqlanmayıb.

Sportline.az xəbər verir ki, daha əvvəl agent Ersin Akan Günterin bu yay Rusiyaya gələ biləcəyini bildirmişdi. Onun sözlərinə görə, futbolçu ilə "Spartak", ÇSKA və "Krasnodar" kimi klublar maraqlanırdı. Bununla belə, mənbənin qeyd etdiyi kimi, “Verona”nın müdafiəçisinin Rusiyaya keçidi hazırda mümkün deyil.

Günter 2019-cu ildən "Verona"da çıxış edir. Ümumilikdə o, İtaliya klubunun heyətində 105 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə edib. 28 yaşlı futbolçunun "Verona" ilə müqaviləsi 2025-ci ilin iyununa kimi hesablanıb.

Alman futbolçu "Qalatasaray", "Borussiya Dortmund" və "Cenoa"da da çıxış edib.