Rusiya klubundan 25 milyonluq təklif

"Zenit" heyəti gücləndirmək üçün Braziliyaya üz tutub.

Sportline.az Globo nəşrinə istinadla xəbər verir ki, klub rəsmiləri "Flamenqo"nun hücumçusu Pedro Abreunun transferi üçün danışıqlara başlayıblar.

Mənbənin bildirdiyinə görə, sankt-peterburqlular 26 yaşlı forvard üçün 25 milyon avro təklif ediblər.

Qeyd edək ki, "Əl-Hilal" iyulda Abreunun transferi üçün 35 milyon avro təklif etsə də, keçid baş tutmamışdı.