Rusiya millisi Braziliyada
Rusiyanın gənclərdən ibarət futbol millisi Braziliyaya yollanıb.
Sportline.az xəbər verir ki, buna səbəb rusların Braziliyada yerli top-klubların akademiyaları ilə yoldaşlıq oyunları keçirmək istəyidir.
Komanda Braziliyaya 24 saata yollanıb. Oyunlar San-Pauluda təşkil olunacaq. Millinin heyətində Braziliyaya 27 futbolçu gedib.
Komanda 12, 13, 14 oktyabr tarixlərində müvafiq olaraq "SKA Braziliya", "Palmeyras" və "Santos", oktyabrın 16-da isə "Red Bull Braqantino" (16 oktyabr) klublarının 20 yaşadək futbolçuları ilə qarşılaşacaq.