Rusiya millisi Zambiya ilə yoldaşlıq oyunu keçirə bilər

Rusiya və Zambiya milliləri bu ilin payızında yoldaşlıq oyunu keçirəcəklər.

Sportline.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Zambiyadakı səfiri Əzim Yarəhmədov məlumat yayıb.

Xatırladaq ki, 2022-ci ilin fevral ayından Ukraynadakı vəziyyətlə əlaqədar FİFA və UEFA-nın qərarı ilə Rusiya milliləri və bütün yerli komandalar beynəlxalq turnirlərdən kənarlaşdırılıb. O vaxtdan bəri, Valeriy Karpinin rəhbərlik etdiyi komanda yalnız yoldaşlıq oyunlarında gücünü sınayır.

Qeyd edək ki, Rusiya millisi son olaraq Minskdə keçirilən görüşdə Belarus üzərində böyük hesablı qələbə qazanıb.(4-0).