Rusiya - Qətər matçı FİFA reytinqində nəzərə alınmayacaq

Rusiya Futbol İttifaqının mətbuat xidməti Rusiya və Qətər yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) reytinq cədvəlində nəzərə alınmayacağı barədə məlumat yayıb.

Sportline.az xəbər verir ki, Rusiya milli komandası Misirin olimpiya komandası ilə iki dəfə - sentyabrın 7-də və 11-də oynayacaq. Görüşlər Süveyşdəki stadionda keçiriləcək. Sentyabrın 12-də isə ruslar "Əl Cənub" stadionunda Qətərlə qarşılaşacaq.

2022-ci ilin fevral ayından etibarən Rusiya klubları və milli komandası FIFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakını dayandırıb. Cəzadan sonra Rusiyanın əsas komandası 5 yoldaşlıq oyunu keçirib.