Rusiya - Qətər matçında yenilik
Rusiya və Qətər milli komandaları arasında yoldaşlıq görüşü Əl-Vəkrədəki "Əl-Cənub" stadionunda soyutma sistemi sayəsində oyun üçün rahat temperaturda keçiriləcək.
Sportline.az xəbər verir ki, Rusiya və Qətər yığmaları arasında oyun sentyabrın 12-də keçiriləcək.
Sentyabrın 7-də yaşı 23-dən yuxarı olmayan Rusiya yığması Süveyşdə yoldaşlıq görüşündə Misirin Olimpiya yığması ilə heç-heçə oynayıb (1:1).
Rusiya klubları və milli futbol komandaları 2022-ci ilin fevralından FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakını dayandırıb.