Rusiyada Superkubok qalmaqalı
"Zenit" və MOİK komandaları arasında keçirilmiş Rusiya Super Kuboku uğrunda oyundan sonra 196 azarkeş saxlanılıb.
Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, iğtişaş törədən fanatlara 156 inzibati protokol tərtib edilib.
Qeyd edək ki, Kazandakı "Ak Bars Arena"da gerçəkləşən görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında dəqiq oynayan Sankt-Peterburq təmsilçisi titula sahib çıxıb. Görüşdən əvvəl isə 35 tərəfdar saxlanılıb.