Rusiyadan "Fənərbağça"ya

"Dinamo"nun (Moskva) yarımmüdafiəçisi Sebastyan Şimanski "Fənərbağça"ya keçəcək.

Sportline.az xəbər verir ki, Türkiyə klubunun 24 yaşlı futbolçunun transferinə yaxın olduğu bildirilib. "Qalatasaray" da Şimanski ilə maraqlandı, ancaq "Fənərbağça"nın təklifi çox daha sərfəli oldu.

İstanbul klubu "Dinamo"ya 14 milyon avro ödəyəcək. Polyak 4 illik müqavilə imzalayacaq, onun maaşı mövsümə 2,5 milyon avro olacaq. 

Sebastyan ötən mövsümü icarə əsasında "Feyenoord"da keçirib. Eredivisziyada 2022/23 mövsümündə 29 oyunda 9 qol vurub.