Rusiyalı qapıçı Onananı "fırıldaqçı" adlandırdı
Rusiya millisinin qapıçısı Matvey Safonov məşhur qapıçı Andre Onananı "fırıldaqçı" adlandırıb.
Sportline.az SE-yə istinadla xəbər verir ki, Rusiya - Kamerun yoldaşlıq görüşündən (1:0) sonra "Mançester Yunayted"in qapıçısı Andre Onana Matvey Safonovla forma dəyişməyib.
“Onun necə oynayacağını görmək mənə maraqlı idi, başqa heç nə. Mənə formasını verəcəyini dedi, amma vermədi" - deyə Safonov açıqlamasında Onananı fırıldaqçı adlandırıb.
Rusiya millisi növbəti oyununu oktyabrın 16-da Keniyaya qarşı keçirəcək. Qarşılaşma Türkiyədə keçiriləcək.