Rusiyalılar öz bayraqları altında çıxış edə bilməyəcəklər

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya antidopinq agentliyinə (RUSADA) tətbiq olunan sanksiyanı qüvvədə saxlayıb.

Sportline.az championat.com-a istinadla xəbər verir ki, WADA-nın icraiyyə komitəsinin son iclasında belə qərar qəbul olunub.

Qurum qarşı tərəfin şərtlərə tam əməl etməməsini əsas gətirib.

Bu halda isə Rusiya dünya, qitə və regional səviyyəli yarışların təşkilindən, həmçinin idmançılarının Rusiya bayrağı altında çıxışından məhrum edilir.