"Rusiyaya qol vursam, sevinməyəcəyəm"

Kamerun millisinin yarımmüdafiəçisi Qael Ondua Rusiya ilə oyunda qolu qeyd edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Sportline.az xəbər verir ki, Rusiya futbol məktəbinin yetirməsi olan Ondua Rusiyaya hörmət etdiyini bildirib.

“Rusiya millisi ilə oyunda qol vursam, yüz faiz qeyd etməyəcəyəm, çünki məni böyüdən ölkəyə hörmət edirəm. Bu gün olduğum kimi olmağım Rusiyanın sayəsində oldu. Yalnız hörmət!" - deyə Ondua açıqlamasında bildirib.

Oktyabrın 12-də Moskvada, Lev Yaşin adına "Dinamo" stadionunda Rusiya və Kamerun yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.