Rüstəm Allahverdiyev: "Rusiyadakı turnirdə iştirakımız dəqiqdir"

"Neftçi" klubunun Rusiyadakı yoldaşlıq turnirindəki iştirakı dəqiqləşib.

Sportline.az saytına açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev heyətin sabah açıqlanacağını bildirib.

"Sank-Peterburqdakı turnirə iştirak edəcəyimiz dəqiqdir. Hətta oraya yollanacaq heyət də müəyyənləşib. Heyətin tərkibi isə sabah ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, “Neftçi” Sankt-Peterburqda “Fənərbağça” (Türkiyə), “Srvena Zvezda” (Serbiya) və “Zenit”lə (Rusiya) üz-üzə gələcək. Daha sonra Moskvaya yollanacaq komanda “Spartak”a qarşı yoxlama oyunu keçirəcək.