Rüstəm Allahverdiyev: "Sərgən Yalçın məsələsi ilə bağlı..."
Türkiyəli mütəxəssis Sərgən Yalçının "Neftçi"yə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlər gündəmdədir.
Məsələni aydınlaşdırmaq üçün klub rəsmisinə müraciət etdik.
Sportline.az-ın sualını klubun mətbuat katibi Rüstəm Allahverdiyev belə cavablandırdı: "Sərgən Yalçın məsələsi ilə bağlı heç bir açıqlama vermirik"
Qeyd edək ki, Türkiyə mediası Sərgən Yalçının "Neftçi" ilə müqavilə bağlamaq üçün Bakıya gəldiyini bildirib.