Rüstəm Orucov bürünc medal qazandı
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günündə daha 9 cüdoçumuz tatamiyə çıxıb. Onlardan ən yaxşı nəticəni 73 kq-dək çəki dərəcəsində Rüstəm Orucov göstərib.
1/4 finalda Ukrayna təmsilçisi Dmitro Kanivetsə uduzan cüdoçumuz təsəlliverici görüşlərə qatılıb. Burada uğurlu çıxış edən Rüstəm bürünc medal uğrunda görüşdə macarıstanlı Mikloş Unqvarini üstələyib.
Qeyd edək ki, yarışın ilk günündə Tərlan Kərimov Azərbaycanın aktivinə bürünc medal yazdırmışdı.