"Sabah" Almaniya klubuna qarşı
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti sınağına çıxacaq.
Sportline.az xəbər verir ki, Murad Musayevin komandası Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli”ylə qarşılaşacaq.
İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Xatırladaq ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Əl-Sədd” komandasına qarşı keçirib və 3:1 hesabıyla qalib gəlib.