"Sabah" ilk transferini rəsmiləşdirdi

“Sabah” yay fasiləsinin ilk transferini reallaşdırıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı “Şamaxı”nın müdafiəçisi Rəhman Daşdəmirovla heyətini gücləndirib.

24 yaşlı arxa xətt oyunçusu bakılılarla 2 illik müqavilə bağlayıb. Ötən mövsümü “Şamaxı”da keçirən Daşdəmirov karyerası ərzində “Neftçi” (U-19) və MOİK klublarında da çıxış edib.

Qeyd edək ki, Rəhman Daşdəmirov 2022/2023 mövsümündə Premyer Liqada 36 oyun keçirib, aktivinə 1 qol yazdırıb.