"Sabah", "Neftçi" və "Qəbələ"nin cavab oyunları bu kanallarda
Azərbaycanı Konfrans Liqasında təmsil edən "Sabah", "Neftçi", "Qəbələ"nin 2-ci təsnifat mərhələsindəki cavab oyunları canlı yayımlanacaq.
Sportline.az xəbər verir ki, matçlar aşağıdakı kanallar vasitəsi ilə açıq yayımla nümayiş olunacaq.
İTV
20:00. "Sabah" - RFS
"CBC Sport"
21:00. "Nefçi" - "Jelezniçar"
"İdman TV"
21:00. "Omoniya" - "Qəbələ"