"Sabah"dan Portuqaliya klubuna

"Sabah"dan ayrılan futbolçu Abdulaye Banın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.

Seneqallı oyunçu "Tondela" ilə anlaşıb. Onun müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Abdulaye Ba 2022/2023 mövsümündə "Sabah"ın formasını geyinib.