"Sabah"ın futbolçusunun son durumu
"Sabah" klubunun futbolçusu Vinsent Till əməliyyat olunub.
Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidmətindən məlumat verilib.
24 yaşlı yarımmüdafiəçi Lüksemburq klinikalardan birində əməliyyat masasına uzanıb.
O, dizindəki çarpaz bağlardan əməliyyat edilib.