“Sabah”ın legioneri Vinsent Till klubdan ayrılıb
“Sabah” legioneri Vinsent Till ilə yollarını ayırıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin 2024/2025 mövsümünün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.
V.Till 2023-cü ildən "Sabah”ın formasını geyinirdi. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 35 oyunda 3 qola müəlliflik edib.