"Sabah"ın legionerinin son durumu

"Sabah" klubunun futbolçusu Vinsent Tillin yaşıl meydanlara nə vaxt qayıdacağı hələ bilinmir.

Sportline.az lüksemburqlu yarımmüdafiəçinin sıraya dönməsi reabilitasiyanı hansı müddətə başa vurmasından asılıdır.

Qeyd edək ki, Vinsent Till martın 13-də Lüksemburqda dizindəki çarpaz bağlardan əməliyyat olunub.

Onun "Sabah"la 2025-ci ilin yayınadək müqaviləsi var.