“Sabah”ın sabiq çalışdırıcısı Rusiya klubunda işləyə bilər

Murad Musayev yenidən RPL-ə qayıda bilər.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, Rusiyalı çalışdırıcı Murad Musayev “Krasnodar’ın baş məşqçisi təyin oluna bilər.

Mənbənin sözləri görə, Musayev bu mövsümün sonuna kimi “Krasnodar”ı çalışdıracaq.Mütəxxəsisin özüdə bu vəzifədən azad edlilən Vladimir İviçə əvəz etməyə hazırdır.

Xəbərdə bildirilir ki, klub rəhbərliyi “Rubin”lə matça (1-1) bərabərlikdən sonra Musayevlə danışıqlara başlayıb.

Qeyd edək ki, 40 yaşlı çalışdırıcı 2018-2021 ci illərdə “Krasnodar”a başçılıq edib.Onun rəhbərliyi altında komanda Rusiya Premyer Liqasının bürünc mükafatını qazanıb.