Sabiq "Borussiya"lı "Əl-Əhli"yə keçdi
Hücumçu Antoni Modest “Əl-Əhli” ilə müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, 35 yaşlı fransalı ilə müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Futbolçu azad agent kimi müqavilə imzalayıb.
Modest iyulun 1-də "Dortmund Borussiya"sı ilə müqaviləsi başa çatdıqdan sonra azad agent olub. O, ötən mövsüm 29 oyun keçirib, 2 qol vurub və məhsuldar ötürmə edib.