Sabiq qapıçı vəfat etdi
ÇSKA-nın sabiq qapıçısı Veniamin Mandrikin vəfat edib.
Sportline.az xəbər verir ki, bu barədə keçmiş futbolçunun ilk məşqçisi Valeri Qoroxov məlumat verib.
Mandrikin peşəkar karyerasına Alaniyada başlayıb. 2001-2010-cu illərdə ÇSKA-da çıxış edib. Bu müddət ərzində o, icarə əsasında “Rostov” , “Tom ”, “Spartak Nalçik” və “Dinamo Bryansk” klublarında çıxış edib.
Qapıçı Rusiya millisinin heyətində isə 2 oyun keçirib.