Sabiq "qırmızı şeytan"ın yeni klubu
Müdafiəçi Aksel Tuanzebe "İspviç"lə müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, 25 yaşlı ingilislə müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Futbolçu komandaya azad agent kimi qoşulub.
Tuanzebe “Mançester Yunayted”in yetirməsidir. Ötən mövsüm müdafiəçi 5 matçda çıxış etdiyi "Stok Siti"yə icarəyə verilmişdi.