Sadio Mane ərəb klubu ilə anlaşdı
Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanı çempionatında oynayacaq.
Sportline.az məşhur idman juranlisti Fabrsio Romanonun paylaşımına istinadla xəbər verir ki, Seneqal millisinin futbolçusu Sadio Mane “Əl-Nəsr” klubu ilə şəxsi razılıq əldə edib.
Futbolçu “Bavarya”da qalmaq istəsə də Almaniya klubu sol cinah hücumçusunu komandadan göndərmək niyyətindədir.
Qeyd edək ki, Sadio Mane ötən mövsüm “Bavariya” forması ilə meydana çıxdığı 38 oyunda 12 qol və 6 asistlə yadda qalıb.