Salahın Ərəbistana gedəcəyinə əmindir
"Əl-Qadisiyyə"nin baş məşqçisi Robbi Fauler "Liverpul"un hücumçusu Məhəmməd Salahın Səudiyyə Ərəbistanı çempionatına keçəcəyinə əmindir.
Sportline.az xəbər verir ki, Robbi digər ulduzlar kimi Salahın Ərəbistanı seçəcəyinə inanır.
"Salah məsələsinə gəlincə, Səudiyyə Ərəbistanı ətrafında gedən proseslərdən aydın olur ki, "Əl-İttihad" onu mütləq transfer edəcək", - deyə Fauler bildirib.
Salah bu mövsüm "Liverpul"un heyətində 4 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun mersisaydlılarla müqaviləsi 2025-ci ilin yayında başa çatır.