Samet Aybaba Bakıya gələcək
Samet Aybaba "Qarabağ"ın futbolçusu üçün Bakıya gələcək.
Sportline,az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar"ın rəsmisi Olaviyo Juninyonun transferində razılıq əldə etmək üçün paytaxta gələcək.
"Qarabağ" klubu braziliyalı futbolçu üçün 8 milyon avr tələb etsə də, endirim oluna biləcəyini deyib. Samet Aybaba isə transfer qiymətini dahada azaltmaq istədiklərini bildirib.
Qeyd edək ki, Türkiyə mediasında Qurban Qurbanovun da "Beşiktaş" klubuna gedəcəyi ilə bağlı məlumat yayılmışdı.