Samir Abbasov: "Ona dedim ki, başını aşağı salıb oynasan..."
“Əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Nəticədə, heç-heçə ilə kifayətlənməli olduq”. SportLine.az xəbər verir ki, bu sözləri “Sumqayıt” futbol klubunun baş məşqçisi Samir Abbasov “Qəbələ” ilə görüşdən sonra deyib. Komandasının qələbəyə layiq olduğunu deyən mütəxəssis buraxılan qollara təəssüf etdiyini qeyd edib: “Xüsusilə, ikinci qolu buraxmağımız mənim üçün gözlənilməz oldu. Çünki məşq zamanı bu cür epizodların üzərində çalışmışdıq”.
Abbasov ardıcıl ikinci oyunda avtoqolla yadda qalan Cəmil Hacıyevlə bağlı da danışıb: “Ona fasilədə dedim ki, başını aşağı salıb oynasan, mənim komandamda yerin olmayacaq”.