Sammervil Avropa futbolundan gedir
"Əl-Hilal" Krisensio Sammervili transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Sami Mokbel məlumat yayıb.
24 yaşlı sol cinah vingerinin transfer qiyməti 68.3 milyon avrodur.
Qeyd edək ki, Sammervilin "Vest Hem"lə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.