Samuel Eto Rusiyaya gedir?
Rusiya və Kamerun millilərinin yoldaşlıq oyununda qarşılaşacağı barədə xəbər vermişdik.
Sportline.az xəbər verir ki, Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etonun Rusiya ilə oyuna görə Moskvaya gəlib-gəlməyəcəyi hələ də qaranlıq qalıb.
Daha əvvəl Etonun oktyabrın 10-da Kamerun Futbol Federasiyasının baş assambleyasında iştirak etdiyi üçün komanda ilə Rusiyaya gəlməyəcəyi deyilirdi.
Amma daha sonra federasiya bunun mümkünlüyünü bildirib.
Qeyd edək ki, Samuel Eto karyerasında futbolçu kimi Rusiyada 2 il Mahaçqalanın "Anji" klubunun şərəfini qoruyub.
Rusiya - Kamerun matçı sabah Moskvada Lev Yaşin adına "Dinamo" stadionunda baş tutacaq.