Millimiz qələbə ilə başladı
Bu gün Avropa qitəsində 2018-ci il Dünya çempionatının təsnifat mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan millisi ilk oyununa səfərdə çıxacaq. Rəqib San-Marino olacaq.
İndiyədək heç bir təsnifat mərhələyə qələbə ilə başlaya bilməyən seçməmiz bu dəfə tilsimi qırmağa yaxındır. Belə ki, dünyanın ən zəif reytinqli komandalarından olan San-Marino millisi ilə görüşdə azərbaycan futbolçuları aşkar favoritdirlər.
Xatırladaq ki, millimizin digər rəqibləri Almaniya, Çexiya, Şimali İrlandiya və Norveç seçmələridir.
04 sentyabr 2016
DÇ-2018, təsnifat mərhələsi
"C" qrupu
San-Marino – Azərbaycan - 0:1
QOL: Ruslan Qurbanov
Baş hakim: Sebastyen Delferyer
Baş hakimin köməkçiləri: İv de Nev, Co de Veyrdt
Dördüncü hakim: Aleksandru Bukau (hamısı Belçika)
Hakim-inspektor: Emil Bojinovski (Makedoniya)
UEFA nümayəndəsi: Luka Zorzi(İsveçrə)
Serravalle. Milli stadion