San-Marino – Azərbaycan matçının hakimləri açıqlandı
Dünya çempionatının təsnifat mərhələsi çərçivəsində keçiriləcək San-Marino - Azərbaycan görüşünün hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə olunub.
Oyunda Sebastian Delferyere fit çalacaq. Ona köməkçiləri Yves de Neve və Co de Veyrdt yardım edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını Aleksandru Bukau yerinə yetirəcək. Referilərin işinə hakim-inspektor qismində makedoniyalı Emil Bojinovski qiymət verəcək. İsveçrəli Luka Zorzi isə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, San-Marino – Azərbaycan oyunu sentyabrın 4-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.